Hizbullah İsrailin 5 hərbi bazasına raket zərbələri endirib

Hizbullah İsrailin 5 hərbi bazasına raket zərbələri endirib

Livan Hizbullahı qüvvələri Qəzza xalqına dəstəyini davam etdirərək, Sionist hərbçilərin “Əl-Cərda”, “Cəlləl-əlam”, “Hədəb Yarin”, “Bərəkə Rişa” və “Züriyyət” qərargahlarını hədəfə alıb.

Livan Hizbullah hərəkatının qüvvələri işğal olunmuş Fələstinin sərhəd bölgələrində sionist rejimin hərbi qərargahlarına qarşı hücumlarını davam etdirib.

Bu hücumlarda Hizbullah sözügedən qərərgahları yüksək dağıdıcılıq qabiliyyətinə malik “Bərkan” raketlərlə hədəfə alıb.

Livan müqavimət qüvvələri İsrailə məxsus pilotsuz təyyarəni Livan və işğal olunmuş Fələstinin sərhədyanı ərazilərinin hava məkanında geri çəkilməyə məcbur edib.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın müavini Nəim Qasim dünən axşam (bazar ertəsi) vurğulayıb ki, Livan müqaviməti münaqişənin əhatə dairəsi genişlənərsə, bu məsələyə cavab verməyə hazırdır.

Hizbullahın hazırlığının yüksək olduğunu bildirən Qasim deyib: “İsrailin Qəzzaya təcavüzü dayandırılana qədər Hizbullah Qəzzəyə dəstəyini dayandırmayacaq. Hizbullah düşmən rəsmilərinin açıqlamalarına əhəmiyyət vermir, İstər bu ifadələr şişirdilsin, istərsə də ciddi olsun.

Hizbullahın İsrailə qarşı çəkindirmə yaratmaq əzmində olduğunu vurğulayan Qasim qeyd edib: “Variantların müəyyənləşməsi üçün hər şeyi meydana buraxmalıyıq.”

Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah dəfələrlə vurğulayıb ki, İsrailin mövqelərinə hücumlara son qoymağın yeganə yolu Qəzzaya təcavüzün dayandırılmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − one =