“Hizbullah” İsrailin şimalına 135 raket atıb
Livan ərazisindən İsrailin şimalına ən azı 135 raket atılıb.
Bu barədə İsrailin “Ynet News” portalı məlumat yayıb.
Məlumatda bu səhər “Hizbullah” yaraqlıları tərəfindən İsrailin şimalındakı bölgələrə təxminən 135 raketin atıldığı bildirilir.
Portal bildirir ki, bəzi yaşayış məntəqələrində hava hücumu sirenləri işə salınıb. İnsan tələfatı olub-olmaması ilə bağlı isə heç bir məlumat verilmir.