“Hizbullah” İsraillə genişmiqyaslı müharibə ehtimalını etiraf edib

“Hizbullah” İsraillə genişmiqyaslı müharibə ehtimalını etiraf edib

Livanın “Hizbullah” qruplaşmasının rəhbəri Şeyx Həsən Nəsrullah İsrail və HƏMAS arasında müharibə başlayandan bəri tərəfdarlarına etdiyi ilk müraciətində Livan cəbhəsində genişmiqyaslı müharibənin mümkünlüyünü etiraf edib.

“Livan cəbhəsindəki müharibənin genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı çox realdır. Düşmən bunu başa düşməlidir”, – deyə Nəsrullah bildirib.

O, İsrail ordusuna Livan cəbhəsində ehtiyatlı hərəkət etməyi tövsiyə edib. Eyni zamanda, Hizbullah lideri əmindir ki, İsrail Livanla genişmiqyaslı münaqişədən qorxur.

Yeri gəlmişkən Nəsrullah vurğulayıb ki, İsrailin Livana qabaqlayıcı zərbə endirməsi onun bütün tarixində “ən axmaq səhv” olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − eight =