Hizbullah Kətaib Təşkilatının təhlükəsizlik rəsmisi əleyhinə hökm verilməsi xəbəri yalan hesab edilib

Hizbullah Kətaib Təşkilatının təhlükəsizlik rəsmisi əleyhinə hökm verilməsi xəbəri yalan hesab edilib

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İraq Həşdi Şəbi təşkilatı bölgədəki bəzi KİV-lərin Hizbullahın İraqdakı Kətaib təhlükəsizlik rəsmisinə qarşı çıxardığı hökmlə bağlı xəbərlərini təkzib etdi.

Əl-Cəzirə Xəbər Şəbəkəsi dünən İraq məhkəməsinin Hizbullah Kətaib Təşkilatının İslami Müqavimət Təhlükəsizlik Müdiri Əbuəli Əl-Əsgəri üçün həbs qərarı çıxardığını iddia etdi.

Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, İraq müqavimət qüvvələrinə qarşı misilsiz bir addım olan bu qərar İraq Terrorizm Qanununun 4-cü maddəsinə əsaslanır.

Həşdi Şəbi Təşkilatı bu xəbəri təkzib edib.

Əbuəli Əl-Əsgəri bu yaxınlarda bir Twitter mesajında İraq Baş naziri Mustafa Əl-Kazimini tənqid etdi.

Bu arada bəzi mətbuat orqanları İraq təhlükəsizlik qüvvələrinin Bağdadın Yaşıl Bölgəsindəki ABŞ səfirliyinə son raket hücumunda iştirak etməkdə günahlandırılan bir çox insanı həbs etdiklərini, bunlardan birinin Əsaibu Əhlil-Həqq üzvü olduğunu iddia etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − five =