Hizbullah komandanı: Sionist rejimin mövqelərini qəbiristanlığa çevirəcəyik

Hizbullah komandanı: Sionist rejimin mövqelərini qəbiristanlığa çevirəcəyik

Livanın Hizbullah hərəkatının komandiri sionist rejimə xəbərdarlıq edib ki, bu rejimin əsgərləri Livana daxil olsalar, ölkəni tərk etməyəcəklər və onların bütün mövqeləri qəbiristanlığa çevriləcək.

Livanın Hizbullah hərəkatının komandirlərindən olan Hacı Cihad cümə günü axşam “Əl-Mənar” kanalına müsahibəsində sionist rejimə xəbərdarlıq edib.

Bu müqavimət komandiri vurğulayıb: “Düşmən gələcək müharibədə Livan ərazisinə girərsə, onu tərk edə bilməyəcək. İşğalçıların bütün mövqeləri qəbiristanlığa çevriləcək və dağıdılacaq, İsrail əsgərləri isə oradan qaçacaqlar.”

Görüntüsü təhlükəsizlik səbəbi ilə bu müsahibədə gizlədilən Hacı Cihad əlavə edib:

 “2006 cı ildə İsrail ordusunu geri oturtduq və göstərdik ki, onlar döyüşmək üçün yararsızdır. Bu gün onlar qalib gəlmək qabiliyyəti yüksək olan bir müqavimətlə qarşı-qarşıyadırlar.”

Hizbullah komandiri həmçinin bildirib: “Biz demək olar ki, hər gün 17 illik hazırlıqdan danışırıq. Bizim müharibəmiz Qaliley (işğal olunmuş Fələstinin şimalında yerləşən bölgə) müharibəsi olacaq. Düşmənin addımları da onların Qalileyə girməyi necə planlaşdırdıqlarını göstərir. Amma düşmən bizim ərazimizə girməyi düşünsə, oranı salamat tərk etməyəcək.”

Bu müsahibə Hizbullahın “Sarullah” zireh əleyhinə raket qurğusunun üzə çıxarılmasından sonra yayımlanıb. Livan müqaviməti dünən gecə ilk dəfə olaraq Hizbullah tərəfindən 2015-ci ildə istifadə edilən raket sisteminin görüntülərini yayımlayıb.

Əl-Elamul-Hərbiyy saytının Livan şöbəsi dünən gecə bildirdi ki, bu sistemin ən mühüm xüsusiyyətləri zireh əleyhinə olması, iki buraxılış qurğusundan Kornet raketlərinin atılması üçün nəzərdə tutulması, yüksək dəqiqliyə və hədəflərin eyni vaxtda məhv edilməsi qabiliyyətinə malik olmasıdır. Ondan gecə-gündüz istifadə edilə bilər, daşınması asan və yüksək manevr qabiliyyətlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 12 =