Hizbullah lideri Emanuel Makronu kəskin tənqid edib
“Nis şəhərindəki hadisəni müsəlmanlar kəskin pisləyir, Bunu Fransa və Avropa müsəlmanları da pisləyib. İslam bunu rədd edir və həmçinin kimsə onu islamın adına da yaza bilməz. İslama görə mülki şəxslərin qətli və işkəncəsi haramdır. Amma Fransa hökuməti məsələni həll etmək əvəzinə müharibə elan edir.”
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Hizbullah lideri Həsən Nəsrullah Məhəmməd Peyğəmbərin mövludu ilə bağlı son çıxışında deyib.
Həsən Nəsrullah Nis şəhərindəki terror aktını pisləməklə yanaşı bu hadisənin islamın adına yazılması və Fransa hökumətinin islamofob addımlarını tənqid edib.
Həsən Nəsrullah Emanuel Makronun durmadan dilə gətirdiyi “İslam terroru” ifadəsinin nalayiq olduğunu deyib və Fransa prezidentinin Çarlie Hebdo jurnalının Məhəmməd peyğəmbərlə bağlı çəkdiyi karikaturaları dəskləməsini, eyni zamanada Holokost-u inkar edən və ya onu müzakirəyə çıxaranların cərimələndiyi və həbs edildiyinə toxunub .
Emanuel Makronun və onun bir neçə nazirinin eyni addımlar atdığını dilə gətirən Hizbullah lideri bildirib ki, bu hökumət məsələlərə ikili standartlı yanaşmaqda davam edir.