Hizbullah lideri raketlərin HƏMAS-a çatdırılması yollarını açıqlayıb (VİDEO)

Hizbullah lideri raketlərin HƏMAS-a çatdırılması yollarını açıqlayıb (VİDEO)

“2006-cı ilin müharibəsində İsrailə ağır zərbələr vuran və həmin zamanda vəziyyəti dəyişərək, qələbəni təmin edən “kornet” raketləri, Suriya prezidentinin göstərişi ilə bizə verilmişdi. Daha sonra Qasim Süleymani bizdə həmin raketlərdən Qəzzaya göndərilməsini istədi. Biz Qasim Süleymaninin istəyi qarşısında bildirdik ki, Suriya prezidentindən icazə almalıyıq. O icazə verdi və HƏMAS-a raketlər çatdırıldı.”

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bunu Hizbullah lideri Həsən Nəsrullah deyib.

Hizbullah lideri telekanala müsahibəsində bildirib ki, Qəzzada HƏMAS-a çatdırılan zirehli texnikalar əleyhinə kornet raketləri Hizbullah və Suriya dövəti vasitəsilə çatdırılıb.

Həsən Nəsrullah bu işdə Suriya prezidenti Bəşər Əsədin mühüm rola malik olduğunu bildirib.

Hizbullah lideri müsahibəsinin bir hissəsində bildirib ki, “Səudiyyə tərəfi ABŞ-dan mənə qarşı terror aktının həyata keçirilməsini tələb edib və ABŞ bu işi İsrail tərəfə həvalə edib.”

Qasim Süleymaninin müqavimət hərəkatlarına dəstək məsələsindəki rolundan söz açan Həsən Nəsrullah bildirib ki, onun rolu bu zəmində aparıcı idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =