Hizbullah lideri: Trampın Konqresdə etdiyini ABŞ illərdir digər ölkələrdə həyata keçirir

Hizbullah lideri: Trampın Konqresdə etdiyini ABŞ illərdir digər ölkələrdə həyata keçirir

“Amerikada baş verənlər çox ciddi hadisədir. Bəziləri onu sıradan bir hadisə hesab edir, amma onun beynəlxalq müstəvidə təsiri olacaq. Bu elə bir səhnədir ki, amerikalılar onu digər ölkələrdə həyata keçirməyə alışıblar, amma indi Tramp onu ABŞ-ın özündə həyata keçirdi.”

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Livanın Hizbullah hərəkatının lideri Həsən Nəsrullah deyib.

Ötən günkü çıxışında Konqresdə baş verənlərə münasibət bildirən Həsən Nəsrullah vurğulayıb ki, “Trampın indi etdiyini ABŞ illərdir ki, digər ölkələrdə həyata keçirir.”

“Amerikalıların bir gecədə gördükləri Trampın dörd ildə Suriya, İraq, Yəmən və sair ölkələrdə həyata keçirdiyi cinayətlərin yalniz biridir”, deyə Həsən Nəsrullah Trampın yerdə qalan hakimiyyəti dövrünün xətasız-bəlasız keçəcəyinə ümid etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 19 =