Hizbullah: Müqavimət Fələstin xalqının qələbə qazanmasının yeganə yoludur
Livan Hizbullah hərəkatı çərşənbə gecəsi Fələstinin cənubundakı Birəs-Səba şəhərində keçirilən şəhadət əməliyyatına cavab olaraq verdiyi bəyanatda bildirib ki, bütün formalarda müqavimət qələbəyə aparan yeganə yoldur.
Əl-Məyadin-in məlumatına görə, Livan Hizbullah hərəkatı Fələstin xalqı və qruplarını Birəs-Səbədakı şəhadət əməliyyatı münasibətilə təbrik edib.
Çərşənbə axşamı gecəsi Birəs-Səbə bölgəsində həyata keçirilən şəhadət əməliyyatın Şeyx Əhməd Yasinin şəhadətinin ildönümünə təsadüf edib və 4 sionist mühacir soyuq silahla öldürülüb.
Əməliyyatı ömrünün dörd ilini İsrail həbsxanalarında keçirən və dünən şəhid olan Ən-Nəqib bölgəsinin sakini, azad edilmiş fələstinli məhbus Məhəmməd Əbülqəyan həyata keçirib.
Hizbullahın bəyanatında deyilir: “Şəhid Məhəmməd Əbülqəyan”ın Birəs-Səbədə apardığı cəsur və qəhrəmancasına əməliyyatı tərifləyirik.
Hizbullahın sözlərinə görə, Birəs-Səbədə şəhadət əməliyyatı işğala qarşı çıxan Fələstin xalqının köklü cihad və müqavimət ruhunu əks etdirir.
Hizbullah əlavə edib: Dənizdən İordan çayının qərb sahilinə qədər bütün formalarda həyata keçirilən müqavimət Fələstində qələbə və tam qurtuluşun yeganə yoludur.
Fələstinli hərbi ekspert və analitik general-mayor Vasif Eriqat da vurğulayıb ki, Birəs-Səbədə 4 sionistin ölümü ilə nəticələnən şəhidlik əməliyyatı İsrail işğalçılarının təcavüz və cinayətlərinə, 1948-ci ildə işğal olunmuş ərazilərin sakinlərinin həbsi və öldürülməsinə qarşı çəkindirici rol oynayıb. Sionistləri tamamilə şoka salıb.
General-mayor Vasif Eriqat Fələstin İnformasiya Mərkəzinə eksklüziv müsahibəsində əməliyyatın sionistlərin nəzərindən tamamilə təhlükəsiz ərazidə keçirildiyi üçün cəsarətli və yaxşı planlaşdırılmış olduğunu vurğulayıb.