“Hizbullah” PUA-larla Hermon dağında İsrailin radar stansiyasına hücum edib

“Hizbullah” PUA-larla Hermon dağında İsrailin radar stansiyasına hücum edib

Livan Hizbullahı İsrail ordusunun Hermon dağındakı radar stansiyasına hücum etmək üçün pilotsuz uçuş aparatlarından istifadə ediblər.

Bu barədə “Hizbullah”ın Telegram kanalında verdiyi açıqlamaya istinadən məlumat yayıb.

Təşkilat qeyd edib ki, Livanın cənubundan buraxılan pilotsuz döyüş təyyarələri düşmən obyektinə zərbələr endirib və onu qismən zədələyib. Məlumata görə, stansiyanın günbəzi və texniki avadanlıqları zədələnib, obyektin ərazisində yanğın başlayıb.

Qeyd edək ki, bu, “Hizbullah” yaraqlılarının bu RLS-ə ilk hücumu deyil. Onlar sonuncu dəfə martın 31-də ona hücum ediblər və idarəetmə sisteminə qismən ziyan vurublar.

İsrail tərəfi hücumla bağlı hələ ki, heç bir açıqlama verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 3 =