Hizbullah PUA-larla işğalçı İsrailin qərargahına hücum edib

Hizbullah PUA-larla işğalçı İsrailin qərargahına hücum edib

Livanın Hizbullah Müqavimət Hərəkatı sionist rejimin Livanın şərqinə son hücumuna cavab olaraq işğalçı İsrailin qərargahını hədəfə alıb.Livanın Hizbullah hərəkatı bu gün axşam saatlarında sionist rejimin Yara qəsəbəsindəki Qərb briqadasının qərargahını intiharçı pilotsuz uçan aparatla hədəfə aldığını açıqlayıb.

Livanın Müqavimət Hərəkatı bu əməliyyatda işğalçı İsrail hərbçilərinin məskunlaşdığı məntəqəyə birbaşa hücum etdiyini bildirib.

Hizbullah bu əməliyyatın sionist rejimin Livanın şərqindəki Əl-Bəqa bölgəsinə son hücumuna cavab olaraq həyata keçirildiyini də qeyd edib.

Çərşənbə axşamı sionist rejim Livanın şərqindəki Əl-Bəqa bölgəsində yük maşınını hədəf alıb. 

Livanın Müqavimət Hərəkatı sionist rejimin hücumlarına cavab olaraq onlarla raket və PUA ilə İsrailin onlarla bazasına hücum edib.

Hizbullah sionist rejimin Qəzzə zolağına hücumlarının davam edəcəyi müddətdə cavab hücumlarının da həyata keçiriləcəyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 8 =