Hizbullah rəsmisi ABŞ-ı günahlandırdı

Hizbullah rəsmisi ABŞ-ı günahlandırdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Livan Hizbullah hərakatının İcra Şurasının sədri Şeyx Əli Dəmuş, Livanın bütün problemlərində ABŞ -ı günahlandırıb və Livanın suverenliyi bəhanəsi ilə İrandan Livana yanacaq gəmilərinin göndərilməsinə etiraz edənləri sərt tənqid edib.

O, belə vurğulayıb: “İqtisadi, media, psixoloji müharibə və təxribatçı hərəkətlər qarşısında Hizbullah və onun liderlərinə güvənmək və ittihamlardan, söz-söhbətlərdən və yalan təbliğatlardan çəkinmək lazımdır.”

Şeyx Dəmuş, düşmənlərin Livan xalqının məişət böhranı və psixoloji təzyiqlərindən istifadə edərək onların düşüncələrinə və hisslərinə nüfuz etmək, onları liderlərinə qarşı çıxartmaq və nəticədə növbəti parlament seçkilərində öz əlaltılarını və onlara bağlı siyasətçiləri parlamentə gətirmək niyyətində olduğunu bildirib.

O, belə əlavə edib: “Qeyd etmək lazımdır ki, böhranlar nə qədər böyük və ağır olursa olsun, əgər biz yaxşı səy göstərsək, Allaha təvəkkül etsək və qələbə vədinə inansaq, nəhayət öz həllini tapacaqdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 19 =