Hizbullah rəsmisi ABŞ-ı ittiham etdi

Hizbullah rəsmisi ABŞ-ı ittiham etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Hizbullah İcra Şurasının sədri Haşim Səfiuddin, ABŞ Livanı məhv edir, deyib. O, cümə günü “Birinci qiblə” adlı Quran müsabiqəsində etdiyi çixişında deyib: “Bu gün Livanı viran edən Amerika Birləşmiş Ştatlarıdır. Bu ölkə Livanın bütün işlərinə qarışmağa davam edir.

Livan Hizbullah İcra Şurasının rəhbəri, Livandakı mövcud vəziyyətin birbaşa və dolayı yolla ABŞ tərəfindən yaradıldığını söyləyərək, ABŞ Livan, Fələstin və bölgədəki şərəf və müqavimətin olduğu bütün bölgələri hədəf alıb, deyib.

O, həmçinin belə qeyd edib: “Amerikalılar bu ölkələri məhv etmək üçün İraq, Əfqanıstan və Suriyaya gəldilər və məhz bu ölkəni viran etmək üçün Yəmənə silah və raket göndərdilər. İslam Ümməti artıq öz yolunu tapıb. Qüds Qılıncı əməliyyatı ABŞ və İsraili məğlub etdi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 6 =