Hizbullah rəsmisi: Amerika düşündüyümüzdən daha tez məğlub olacaq!

Hizbullah rəsmisi: Amerika düşündüyümüzdən daha tez məğlub olacaq!

Livan Hizbullah hərəkatının Mərkəzi Şurasının üzvü deyib: Livan xalqı və region ölkələri müqavimət variantına sadiq qalaraq ABŞ-ı məğlub edə bilərlər.

Hizbullah rəsmisi Həsən əl-Bağdadi amerikalıların region ölkələrinin resurslarını talan etməyə çalışdıqlarını vurğulayıb.

Amerikalılar resursların talan edilməsinə və İsrail düşmənini dəstəkləməyə əsaslanan planlarına uyğun olaraq bölgənin xəritəsini yaratmağa çalışırlar.

Hizbullah üzvü ABŞ-ın muzdluları vasitəsilə müharibələrə başladığını və müharibədə məğlub olduqdan sonra bu muzdluları digər insanlar üzərində hakim vəziyyətə gətirdiyini və onların xəzinəni talamasına icazə verdiyini bildirib.

Amerikalıların öz muzdlularından korrupsiyaya və korrupsionerlərə qarşı inqilab elan etmələrini xahiş etməsi gülüncdür, bizim bu insanlara və onların ağalarına qarşı müqavimətdən başqa, çarəmiz yoxdur.

Hizbullah rəsmisi vurğulayıb ki, Livan xalqı bu cür insanların milli birliyi pozmasına icazə verməməli, Livan ərazisini azad edən və İsrail düşmənini geri oturtmaqda təsirli olan müqavimət variantına əməl etməlidir.

Əl-Bağdadi həmçinin bildirib ki, Livan xalqı bu yolla öz xalqının sərvətlərini və ləyaqətini qoruya biləcək və ümid edilir ki, region xalqları da öz düşmənlərinə qarşı qalib gələcək və bununla da yeni bir mərhələ başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − nine =