Hizbullah rəsmisinin amerikalı zabitlə əl sıxmaqdan imtina etməsi sionistlərin səsini yüksəltdi

Hizbullah rəsmisinin amerikalı zabitlə əl sıxmaqdan imtina etməsi sionistlərin səsini yüksəltdi

Livan Hizbullahı hərəkatının koordinasiya və kommunikasiya bölməsinin rəhbərinin Beyrutda amerikalı zabitlə əl sıxmaqdan imtina etməsi sionist jurnalistlərin reaksiyasına səbəb olub.

Livanın Hizbullah hərəkatının koordinasiya və kommunikasiya bölməsinin rəhbəri Vəfiq Səfanın Beyrutda amerikalı zabitlə əl sıxmaqdan imtina etməsi Livan mediasında yayılıb.

 “Livan 24” kanalı bu yaxınlarda bununla bağlı xəbər dərc edərək yazıb: “Bu yaxınlarda Hizbullahın koordinasiya və kommunikasiya bölməsinin rəhbəri Vəfiq Səfanın Livanda Livan ictimai təhlükəsizliyinin baş direktoru general Abbas İbrahimin atasının dəfn mərasimində ABŞ kəşfiyyat bölməsinin rəhbəri ilə əl sıxışmaması zamanı qısa bir video yayılıb. Həmin video bütün virtual məkanı əhatə etdi.

Bu hesabata görə, virtual məkanın bəzi istifadəçiləri bunu Korona virusunun yayılması ilə bağlı qabaqlayıcı tədbirlərlə, bəziləri isə Livan Hizbullah hərəkatının ABŞ-a qarşı inadkar mövqeyi ilə əlaqələndiriblər.

Sionist rejim televiziyasının 14-cü kanalı Hizbullah rəsmisinin bu hərəkətinə reaksiya verərək, sionist jurnalist və yazıçı “Kerolin Qlik”ə istinadən yazıb: “Beyrutda keçirilən dəfn mərasimində bir amerikalı zabit yüksək vəzifəlilərdən biri ilə əl sıxmaq üçün yaxınlaşıb, lakin Hizbullah rəsmiləri əl sıxışmaqdan imtina edib.

Onlar (Hizbullah rəsmilərini nəzərdə tutur) kameralar qarşısında onları (amerikalıları) aşağılayırlar, amerikalılar isə İsraili ərazi sularına sahibliyi onlara təhvil verməyə məcbur etməyə çalışırlar.”

Bu sionist müxbir Beyrut və Tel-Əviv arasında sərhəd xəttinin çəkilməsinə dair dolayı danışıqlara işarə edir ki, ABŞ bu işdə vasitəçilik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + one =