Hizbullah: Şəhid Süleymani ABŞ-ın nəzərində istismarçı planlarının qarşısını alan ən problemli şəxs idi
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Livandakı Hizbullah Baş katibinin müavini İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələrinin keçmiş komandirinin ABŞ üçün ən problemli şəxs olduğunu və Vaşinqtonun bu səbəbdən onu öldürdüyünü vurğuladı. General Hacı Qasim Süleymaninin şəhid olmasının ildönümü ərəfəsində Livandakı Hizbullah Baş katibinin müavini Şeyx Nəim Qasim onun cəsarətinə işarə etdi.
Şeyx Nəim Qasim bununla bağlı söylədi: “Şəhid Qasim Süleymani ABŞ üçün ən problemli insan və onun istismarçı planlarına qarşı olmasaydı, Tramp ona birbaşa və açıq şəkildə sui-qəsd etmək qərarına gəlməzdi. Əgər onun uğurları və müqavimət qələbələri olmasaydı, insanların qəlbində bu qədər yüksək bir mövqe qazanmazdı.”
Şeyx Nəim Qasim sözlərini davam etdirdi: “ABŞ seçkilərinin nəticələri bizim üçün əhəmiyyətli deyil və zalım Trampın süqut etməsini zalımlar üçün bir nümunə hesab edirik. Ancaq Baydeni mühakimə edib-etməmək onun siyasətindən asılıdır. O, bilməlidir ki, bizi torpaqlarımız və müstəqilliyimizə bağlıyıq. Hizbullah qüdrət və hazırlıqla cihad vəziyyətində olacaq və İsrailə və işğallarına qarşı müdafiə üçün bütün qüvvələrini səfərbər edəcək.”