Hizbullah sionist hərbçilərin yerləşdiyi yerə yeni raket hücumu edib
Livan Hizbullahı bu gün səhər saatlarında sionist hərbçilərin Fələstinin şimalındakı mövqeyini raketlə hədəfə alıb.
Hizbullah bu raket hücumunun Qəzza zolağında Fələstin xalqına və onların cəsarətli və şərəfli müqavimətinə dəstək və sionist rejimin Livanın cənubundakı kənd və qəsəbələrin mülki sakinlərinə hücumlarına cavab məqsədilə həyata keçirildiyini elan edib.
Hizbullahın bəyanatına görə, bu əməliyyatda sionistlərin “Oyivim” qəsəbəsində işğalçı qüvvələrin qərargahına çevrilmiş bir bina birbaşa müvafiq raketlə hədəfə alınıb.