Hizbullah: Sionist rejim müvəqqətidir və geri çəkilir
Livan Hizbullahının Baş katibinin çıxışı müqavimətin şəhid komandirlərinin, o cümlədən Şeyx Rağib Hərb, Seyid Abbas Əl-Musəvi və Hacı İmad Muğniyənin anım mərasimində başlayıb.
Livan Hizbullahının Baş katibi Seyid Həsən Nəsrullah müqavimət şəhidlərinin xatirəsini anma mərasimində İmam Əlinin (ə) mövludunu da təbrik edərək deyib:
Həzrət Əlinin (ə) adını xatırlayanda Uca Allaha şükür edir, bizi uşaqlıqdan həzrət Əli (ə) məhəbbəti ilə böyüdən valideynlərimizə təşəkkür edirik.
O əlavə edib: Şeyx Rağib Hərbin şəhadətindən 38 il, Seyid Abbasın və onun yanında şəhid Ümmü Yasir və oğulları Hüseynin şəhadətindən 30 il keçir.
Yəmənin cihad komandiri Hacı İmad Muğniyənin şəhadətindən 14 il, İslami Müqavimət və Hizbullahın qurulmasından isə 40 il keçir və şəhid komandirlərin bu yolun davamında böyük təsiri olub.
Hizbullahın Livandakı baş katibi davam etdi:
“Müqavimətin bütün fraksiyaları, o cümlədən Hizbullah 1982-ci ildə Livan yox olmaq təhlükəsi ilə üzləşdiyi zaman onun kimliyini müdafiə etdi. 1982-ci il işğalı Livan, xalq və region üçün ən böyük təhlükə idi.
Həmin dövrdə Livan işğal edilmək, suverenlik və qərar qəbulunda müstəqilliyinin əldən getməsi, asılılıq və kimliyinin dəyişidirilməsi mərhələsinə qədəm qoyma təhlükəsi ilə üz-üzə idi.”
Hizbullahın Baş katibi əlavə edib: “Livanda və regionda bəziləri regionun gələcəyinin İsraildən asılı olduğunu düşünür və bunu İsrailsiz təsəvvür etmirlər və buna görə də münasibətləri normallaşdırmağa çalışırlar.”
Seyid Həsən Nəsrullah vurğulayıb: “Biz inanırıq ki, sionist rejim müvəqqətidir və geri çəkilir və regionda müqavimət oxunun formalaşması ilə işğalçı rejimin süqutu daha da güclənib.”
O deyib: “İsrail ordusu Livanda qala bilmirsə, bu o deməkdir ki, Nildən Fərata qədər hökumət qura bilmir.”
Hizbullahın baş katibi bildirib ki, biz İsraili tənəzzüldə görürük və bunun üçün sadəcə vaxt lazımdır, biz böhranlı rejim və ordu ilə qarşı-qarşıyayıq və bu ordu olmadan sionist rejim bir gün də davam edə bilməz.
Səid Həsən Nəsrullah rəy sorğularına görə israillilərin 40 %-inin işğal altındakı Fələstini tərk etmək istədiyini qeyd edərək, işğalçı rejimdəki mənbələrin yəhudilərin 59 %-inin xarici vətəndaşlıq almaq üçün xarici səfirliklərə müraciət etdiyini bildirməsini vurğulayıb.