Hizbullah sionist rejimin 9 bazasına raket və dron zərbəsi endirdi

Hizbullah sionist rejimin 9 bazasına raket və dron zərbəsi endirdi

Livan Hizbullah Hərəkatı bu gün sionist rejimin işğal olunmuş Fələstinin şimalındakı 9 bazasına raket və pilotsuz təyyarə zərbəsi endirdiyini bildirib.

Livan Hizbullahı bu gün cümə axşamı işğal olunmuş Fələstinin şimalında və işğal altında olan Qolan təpələrindəki sioinst rejimin ən azı 9 hərbi bazasına birgə raket və pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb və bunu hərəkatın yüksək səviyyəli komandirlərindən olan və çərşənbə axşamı sionist rejim tərəfindən Livanın cənubundakı Cuya kəndində terror edilən “Əbu Talib” ləqəbli Talib Sami Abdullah və onun üç silahdaşının şəhadətinə cavab adlandırıb.

Livan Hizbullahı yaydığı bəyanatda əlavə edib: “İslami müqavimət qüvvələri birgə raket və pilotsuz təyyarə hücumunda sionist rejim ordusunun işğal olunmuş Fələstin və işğal altındakı Qolan təpələrindəki 6 hərbi baza və qərargahını katyuşa və Fələq raketləri ilə hədəfə aldılar.”

Bəyanatda bildirilir: “Bu hücumlarla eyni vaxtda Hizbullah Hərbi Hava Qüvvələrinin döyüşçüləri bir qrup kamikadze pilotsuz təyyarə ilə sionist ordusunun daha üç bazasına zərbə endirdilər” və sionist rejimin terror əməliyyatlarına cavabdeh olan kəşfiyyat qərargahının bu bazalardan birində yerləşdiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =