Hizbullah sionist rejimin dəniz hərbi mərkəzini hədəfə alıb
Livan Hizbullahı sionist rejimin hərbi mövqelərinə son hücumunda bu rejimin dəniz hərbi mərkəzini hədəfə alıb.
Mehr xəbər agentliyinin Əl-Nəşrə-yə istinadən verdiyi məlumata görə, Livan Hizbullahı sionist rejimin hərbi mövqelərinə yeni hücumlar edib.
Hizbullah bəyanatında bildirib: Qəzzada mətanətli Fələstin xalqını dəstəkləmək və onun şücaətli və nəcib müqavimətinə kömək etmək məqsədilə İslami Müqavimət 8 aprel 2024-cü il, bazar ertəsi, saat 13:45-də sionist düşmənin Rəsən-Naqura bölgəsindəki dəniz hərbi mərkəzinə 1 pilotsuz təyyarə ilə hücum edib və hədəfi dəqiqliklə məhv edib.
Ötən bir neçə ayda sionist rejimin Qəzzə zolağında törətdiyi dəhşətli cinayətlər və bu bölgədə fələstinlilərin soyqırımından sonra Livan Hizbullahı bu rejimin işğal olunmuş ərazilərin şimalındakı hərbi mövqelərini hədəfə alıb. Həmin məsələ bu bölgələrdə yaşayan sionistlərin qorxusuna səbəb olub.
İndiyədək on minlərlə sionist müqavimət hücumlarından qorxaraq Livan sərhədləri yaxınlığındakı yaşayış məntəqələrini tərk edib.