Hizbullah sionistlərin Əl-Malikiyyə bazasına hücum edib

Hizbullah sionistlərin Əl-Malikiyyə bazasına hücum edib

Livan Hizbullahı cümə axşamı günü sionistlərin Əl-Malikiyyə bazasına raket zərbəsi endirdiyini elan edib.

Livan Hizbullahı bəyanat yayaraq elan etdi ki, Qəzza xalqına və Fələstin müqavimətinə dəstək olaraq döyüşçülərimiz bu gün səhər saatlarında sionist əsgərlərin Əl-Malikiyyə bazasındakı toplantısını raket hücumları ilə hədəfə alıblar.

Bu bəyanatda bildirilir ki, bu baza birbaşa vurulub.

Dünən Livanın Hizbullah hərəkatı işğal altındakı Fələstinin şimalında yerləşən Bərkə Rişa hərbi bazasına hücum etdiyini bildirmişdi.

Livan İslami Müqaviməti elan edib ki, döyüşçüləri bu baza ətrafında sionist hərbçilərin yerləşdiyi yerləri raketlərlə hədəfə alıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + fourteen =