Hizbullah sionistlərin “Şemşun” düşərgəsini raketlə vurdu
Livan Hizbullahı bəyanat yayaraq Qəzzənin məzlum xalqı və livanlılara dəstək məqsədilə sionist rejimin “Şemşun” hərbi bazasını “Fadi 3” raketi ilə hədəfə aldığını elan edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Hizbullah bu gün (24 sentyabr) elan edib: Sionist rejim ordusunun mərkəzi hərbi bazası olan “Şemşun”u Fadi 3 raketi ilə vurduq.
Bundan əvvəl “Hizbullah” İsrailin şimalındakı Megiddo hərbi aerodromunu və Ramat David aviabazasını da atəşə tutmuşdu. Hücumlarda “Fadi-1” və “Fadi-2” raketlərindən istifadə etmişdi.