Hizbullah Suriya seçkiləri ilə bağlı təbrik ünvanladı

Hizbullah Suriya seçkiləri ilə bağlı təbrik ünvanladı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Livan Hizbullahı bəyanat verərək Bəşar Əsədi Suriyadakı prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

“Əl-Mənar” xəbər saytının verdiyi məlumata görə, bəyanatda deyilir: “Hizbullah, böyük bir seçki prosesindən sonra yenidən Suriyanın prezidenti seçilən prezident Bəşar Əsədə və qardaş Suriya xalqına öz isti və səmimi təbriklərini çatdırır.”

Hizbullahın verdiyi bəyanatda həmçinin belə deyilir: “Suriyadakı bu seçki, misilsiz bir iştirakla ümumxalq referendumuna çevrildi. Seçkidən əvvəlki və sonrakı ümummilli nümayişlər işğal və terrorun pəncələrindən qurtulan Suriyada böyük bir milli bayram oldu.”

Bəyanatın davamında qeyd olunur: “Suriyalılar seçki qutusu vasitəsi ilə milli birliyə tam bağlı olduqlarını, təfriqəyə, bölünməyə və ayrılığa qarşı olduqlarını dəfələrlə cəsarət və fədakarlıqları ilə göstərdikləri kimi bir daha sübut etdilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =