Hizbullah Suriyada kilsənin açılış mərasimində törədilən terror aktını pisləyib
Livanın Hizbullah hərəkatı verdiyi bəyanatda Suriyanın Həma şəhəri ətrafında kilsənin açılışı ilə bağlı dini mərasimdə iştirak edən bir qrup şəxsə qarşı törədilən terror hücumunu pisləyib.
Livan Hizbullahı verdiyi açıqlamada Həma Rifindəki Əs-Səqilbiyyə şəhərində kilsənin açılışı mərasimində iştirak edən bir qrup şəxsə qarşı törədilən terror aktını pisləyərkən, bu hücumun terrorçu qrupların dinc əhaliyə qarşı cinayətləri və Suriyanın sabitliyini və təhlükəsizliyini pozmaq üçün səylərinin davam etdiyini göstərdiyini vurğulayıb.
Əl-Mənar şəbəkəsinin xəbərinə görə, bu bəyanatda bildirilir ki, Hizbullah ibadət məkanlarının hədəfə alınmasını rədd edir və bu yerlərin qorunmasına önəm verir.
Bazar günü (dünən) Suriyadakı terror qruplaşmaları Həma ətrafında yerləşən Əs-Səqilbiyyə şəhərində toplaşan geniş kütləyə qarşı raket zərbəsi endirib, nəticədə 2 nəfər ölüb, 11 nəfər yaralanıb.