Hizbullah Tel Əvivdə anti-sionist əməliyyatı barədə bəyanat yayıb

Hizbullah Tel Əvivdə anti-sionist əməliyyatı barədə bəyanat yayıb

 Livan müqaviməti hərəkatı məzlum Fələstin xalqını və onun müqavimət qruplarını Tel Əvivdə bugünkü anti-sionist əməliyyatı münasibətilə təbrik edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Livan Hizbullahı bu gün (27 oktyabr) bəyanat yayaraq, bu əməliyyatı sionist rejimin təcavüzü və qətliamlarına cavab olaraq Fələstin xalqının iradə və qüdrətinin əlaməti adlandırıb.

Bəyanatda deyilir: Məzlum Fələstin xalqını və Fələstin müqavimət qruplarını Təl-Əvivin 8200 birliyinin əsgərlərinə qarşı qəhrəmancasına əməliyyatı münasibətilə təbrik edirik. Bu mətin xalqın əzəməti, işğalçı rejimlə mübarizədə əzmkarlığını öz qanı, şücaəti və inamı ilə bir daha sübut edən şəhid qəhrəmanın ailəsini təbrik edirik. Bu əməliyyat və buna bənzər əməliyyatlar bu millətin iradəsinin canlı təfsiri və onun işğala, təcavüzə və qətllərə verdiyi həqiqi və təbii cavabdır.

Livan Hizbullahı bəyan edib: Fələstin və Livan xalqları və regionun digər xalqlarını, bu gün bu əməliyyatla fəxr edən müqavimət hərəkatları qələbə və işğal kabusu bitənə qədər müqavimət və mübarizəni davam etdirəcəyinə əminik.

Qeyd edək ki, bu səhər (27 oktyabr) Tel Əvivin şimalında, Mossad qərargahı yaxınlığındakı avtovağzalda yük maşını ilə həyata keçirilən müqavimət-şəhadət əməliyyatında əksəriyyti sionist hərbçi olmaqla 50 nəfər yaralanıb. İbrani mənbələrinə görə, bu pusqu əməliyyatında 6 sionist əsgər öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × two =