Hizbullah və Əməl partiyaları Livan-İsrail danışıqlarına qoşulmayıb

Hizbullah və Əməl partiyaları Livan-İsrail danışıqlarına qoşulmayıb

Hizbullah hərəkatı müttəfiqi Əməl partiyası ilə birgə Livan-İsrail danışıqlarına qoşulmaqdan imtina ediblər.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə Hizbullah hərəkatı və Əməl birgə bəyanat veriblər.

Bildirilib ki, hərəkat və Əməl partiyaları BMT və ABŞ-ın vasitəçiliyilə aparılan və Livanla İsrail arasında su sərhədlərinin müəyyənləşdirilməsini nəzərdə tutan planlaşdırılan danışıqlara qatılmayacaqlar.

Bəyanatda əsasən danışıqların formatına etiraz edilib.

Qeyd edək ki, bu ilk dəfədir Livanla İsrail arasında su sərhədlərinin müəyyənləşməsi haqda rəsmi danışıqlar baş tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + 9 =