Hizbullah və Yəmənin eyni vaxtda həyata keçirdiyi hücumlar işğal olunmuş ərazilərin şimal və cənubunda həyəcan siqnalını səsləndirib

Hizbullah və Yəmənin eyni vaxtda həyata keçirdiyi hücumlar işğal olunmuş ərazilərin şimal və cənubunda həyəcan siqnalını səsləndirib

Dünən (bazar ertəsi) media mənbələri bildiriblər ki, Hizbullah və Yəmənin işğal olunmuş ərazilərin şimal və cənubunda sionist rejimin hədəflərinə eyni vaxtda hücumları səbəbindən bu bölgələrdə həyəcan siqnalı verilib.

“Əl-Məyadin” telekanalı xəbər verib ki, Livan ərazisindən edilən raket hücumundan sonra işğal olunmuş Fələstinin şimalında bir neçə sionist yaşayış məntəqəsində həyəcan siqnalı verilib.



Sionist rejim mediaları da bir neçə raketin sionist rejim ordusunun mövqelərini və Margliyut qəsəbəsini vurduğunu bildirib.

Bu xəbərə görə, Hizbullah hücumlarının bu raundunda işğal olunmuş ərazilərə 30-a yaxın raket atılıb.

Bununla bağlı Livan Hizbullahı yaydığı bəyanatda öz mücahidlərinin raket hücumu ilə sionist rejim hərbçilərinin “Rahab” bazası ətrafında yerləşdiyi mövqeləri hədəfə aldıqlarını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 3 =