Hizbullahdan hörümçək yuvası İsrailə mesaj

Hizbullahdan hörümçək yuvası İsrailə mesaj

Livanın Hizbullah hərəkatı ibrani dilində yayımladığı bir mesajla sionistlərə xitabən deyib: “Siz hörümçək torundan da zəifsiniz və məhv olacaqsınız.”

  Dünəndən (30 mart cümə axşamı) sosial şəbəkələrdə yenidən Livan Hizbullah hərəkatının Sionist Müvəqqəti Rejimə mesajı olan bir video yayımlanır.

İbranidilli media, o cümlədən sionist “i24” kanalı bu videonu dərc edərkən belə xəbər verib: Hizbullah bizə ivrit dilində mesaj göndərdi və dedi ki, bizim mövcudluğumuz bir neçə günlükdür.

Bu videoda deyilir: Sizin müvəqqəti varlığınız hörümçək torundan zəifdir.

  Siz məhv olacaqsınız və Fələstin ərəb xalqı üçün qürurla qalacaq.

Müqavimət döyüşçüləri sizin pusqunuzdadır.

Bir neçə gün əvvəl Livanın Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasim öz Tvitter hesabında yazıb: “İşğalçı rejimin sonunun toxumu bu rejimin daxilində əkilib və nə qədər uzun sürsə də səbirli, mücahid və fədakar Fələstin xalqının müqabilində bu rejim məhv olacaq.”

O, həmçinin Qurani-Kərimin “Öz evlərini öz əlləri və möminlərin əlləri il dağıtdılar” ayəsinə işarə edərək əlavə edib: “Müvəqqəti İsrail rejimi Allahın yardımı ilə məhv olmaq üzrədir.”

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah sionist rejimin böhranlı vəziyyəti ilə bağlı son çıxışında qeyd edib: İsrail bu gün böhran içindədir və bu böhranın bu müvəqqəti rejimin tarixində heç bir nümunəsi yoxdur.

Bu rejim zəiflik, böhran, ümidsizlik və gələcəklə bağlı qeyri-müəyyənliklə üz-üzədir. Onların siyasi liderləri arasında da uçurum var. Düşmən başçılarındakı bu qədər axmaqlıqdan biz onun sonun yaxınlaşdığını başa düşürük. Onlar digər sionistlərin gizlətdiyi şeyləri ictimailəşdirirlər.

Düşmən Livanla müharibədən vahimədədir və onun təhdidləri onun məhvinə səbəb ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 6 =