Hizbullahın işğal altındakı Fələstinə kütləvi raket hücumu

Hizbullahın işğal altındakı Fələstinə kütləvi raket hücumu

 Xəbər mənbələri Hizbullahın işğal olunmuş Fələstinin şimalında sionist qəsəbələri və hərbi bazalarını raketlə hədəfə aldığından xəbər verirlər.

Əl Aləm telekanalının məlumatına əsasən, Livan Hizbullahının dünən gecə İsrailin şimal mövqelərini hədəfə almaqla 8 müxtəlif məntəqədə fövqəladə hallar sirenləri işə düşüb.

İsrailin 12-ci Kanalı da bu rejimin hava hücumundan müdafiə qüvvələrinin Livandan işğal olunmuş Fələstinin şimalında Qərbi Qalileyə (Əl Cəliliyyə) atılan raketlərin bir hissəsini ələ keçirərək məhv etdiyini deyib.

Digər tərəfdən, Əl-Cəzirə müxbiri Bethlehemin cənubundakı Ghosh Etzion qəsəbəsindəki ticarət kompleksinin yaxınlığında güclü partlayış səslərinin  eşidildiyindən xəbər verib.

İsrailin Müdafiə Ordusu mətbuat xidmətinin məlumatına görə Livan ərazisindən ölkənin şimalında Qərbi Qalileyə 40-a yaxın raket buraxılışını qeydə alıb, mərmilərin bəziləri vurulub.

“Qərbi Qaliley bölgəsində saat 22:26-dan 23:02-dək sirenlər səsləndikdən sonra Livandan İsrail ərazisinə atılan 40-a yaxın mərmi müəyyən edilib. Mərmilərdən bəziləri vurulub və bir sıra düşmüş mərmilər müəyyən edilib, – mətbuat xidmətinin məlumatında deyilir.

Hərbçilərin məlumatına görə, İsrail Ordusunun artilleriyası atəş mənbələrinə zərbələr endirib.

Bu xəbərə əsasən, sionist rejim Livanın cənubundakı “Hədəda” şəhəri ətrafını da hədəfə alıb.

Belə görünür ki, işğal olunmuş Fələstinin şimalına edilən bu kütləvi raket hücumu bir saat əvvəl İsrailin Livanın cənubuna hücumuna cavab olaraq həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 4 =