Hizbullahın işğal altındakı Fələstinin şimalındakı müxtəlif bölgələrinə kütləvi raket hücumları

Hizbullahın işğal altındakı Fələstinin şimalındakı müxtəlif bölgələrinə kütləvi raket hücumları

 Livan Hizbullahı bəyanat yayaraq sionist rejim əsgərlərinin mövqeləri və toplaşdıqları yerlərin hədəfə alındığını elan edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Livan İslami Müqaviməti bu gün (21 oktyabr) bəyanat yayaraq elan edib: Mücahidlərimiz Qəzza zolağında Fələstin xalqının şərəfli müqavimətini dəstəkləmək, Livan və onun xalqını müdafiə etmək məqsədilə, işğal altındakı Cövlandakı “Qila” kazarmasını məhv etdi və çoxlu sayda raket hədəfi vurdu.

Livan İslami Müqaviməti digər bir bəyanatda elan edib: İslami Müqavimət Mücahidləri Qəzza zolağında Fələstin və Livan xalqına dəstək məqsədilə Miskra şəhərinin şərqindəki sionist rejim hərbçilərini çoxlu sayda raketlə hədəfə aldı.

Digər tərəfdən, Livanın İslami müqaviməti işğal altındakı Fələstinin şimalındakı müxtəlif yaşayış məntəqələrinə, o cümlədən “Kiriat Şmona”, “Karmeel” və “İlit Həşahir”ə geniş hücumlarını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − seven =