Hizbullahın İsrail qarnizonuna raket hücumu
Livan Hizbullahı bəyanat yayaraq İsrail bazasına raket zərbəsi endirdiyini açıqlayıb.
İsna-nın verdiyi məlumata görə, Livan Hizbullahı bəyanat yayaraq elan edib: Bu gün, şənbə yerli vaxtla saat 1:00-da İslami Müqavimət Mücahidləri Fələq 1 raketi ilə Bəranit sionist kazarmalarını hədəfə alıblar.
Əl-Məyadinin xəbərinə görə, bəyanatda həmçinin bildirilir ki, raket birbaşa nəzərdə tutulan hədəfi vurub.
Hizbullah başqa bir bəyanatda işğal altındakı Şəba tarlalarında “Zabdin” və “Roisat Əl-Aləm” iki bazasını birbaşa və dəqiq şəkildə hədəf aldığını açıqlayıb.
Livan İslami Müqaviməti Qəzza zolağında Fələstin xalqını və cəsarətli müqaviməti dəstəkləmək məqsədilə və sionist rejimin Livanın cənubundakı bölgələrdə tez-tez təcavüzlərinə cavab olaraq, sionist ordusunun Livan və işğal olunmuş ərazilərin sərhədlərindəki bazalarına qarşı əməliyyatlar həyata keçirir.