Hizbullahın Kətaib Təşkilatı: Terroristlər İraqda ABŞ-ın nəzarəti altında fəaliyyət göstərirlər
Sizinyol xarici mediaya istinadən xəbər verir:
İraqın Səlahəddin əyalətinin Əl-Fərhatiyyə bölgəsi şənbə günü səkkiz nəfərin cəsədinin aşkarlanması və daha dörd nəfərin qaçırılmasına şahid oldu, lakin qaçırılanların aqibəti hələ məlum deyil.
Hizbullahın İraqdakı Kətaib Təşkilatı bəzi cərəyanların Həşdi Şəbi təşkilatını ittiham etmək üçün Salahəddin əyalətində baş verən son hadisədən istifadə etməyə cəhd etdiyini bildirdi.
Terrorçuların İraqda ABŞ-ın nəzarəti altında və bu ölkənin istəyi ilə fəaliyyət göstərdiklərini vurğuladı.
İraq Hizbullahının Siyasi Bürosu bazar günü bir açıqlama verdi:
“Bəzi daxili və xarici cərəyanlar, iğtişaş yaratmaq və ABŞ-ın yönləndirdiyi terror qruplaşmalarından ittihamı uzaqlaşdırmaq üçün Salahəddin əyalətindəki son hadisələrdən faydalanmağa çalışırlar.”
Bəyanatda bildirilib: “Bəzi cərəyanların bilərəkdən Həşdi Şabi təşkilatını təhqir etmək və Əl-Fərhatiyyə hadisəsini təşkil etməkdə günahlandırmaq və beləliklə, Həşdi Şəbini (İŞİD terror qruplaşmasından) azad edilmiş bölgələrdən çıxarmaq üçün çalışırlar.”