Hizbullahın Livanın cənubunda sionist qüvvələrə qarşı 3 əməliyyatı

Hizbullahın Livanın cənubunda sionist qüvvələrə qarşı 3 əməliyyatı

Livan müqaviməti döyüşçüləri bu gün səhər üç ayrı əməliyyatda sionist işğalçı qüvvələrə raket və artilleriya ilə hücum edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Livan İslami Müqaviməti sionist işğalçı orduya ölümcül zərbələr endirməkdə yeni mərhələyə daxil olmaq barədə bəyanat dərc etdikdən sonra bu rejim əsgərlərinə qarşı 3 raket və artilleriya əməliyyatı keçirib.

Livan İslami Müqaviməti ilk bəyanatında Hizbullah döyüşçülərinin yerli vaxtla səhər saat 1 radələrində çoxlu sayda raketlə “Eita əl-Şəab” kəndi ətrafında İsrail əsgərlərinin toplaşdığı yeri hədəf aldığını açıqlayıb.

Bir neçə dəqiqə sonra Livan Hizbullahı Livanın cənubundakı “Eita əl-Şaab” kəndi ətrafında ikinci dəfə İsrail əsgərlərini hədəf aldığını elan edib.

Məlumata görə, ilk raket hücumundan 10 dəqiqə sonra İsrail əsgərləri yaralı və ölüləri geri almaq üçün əraziyə daxil olub, Hizbullah döyüşçüləri yenidən eyni nöqtəni raket atəşinə tutub.

Bundan sonra Livan İslami Müqaviməti Hizbullah döyüşçülərinin Kəfərkla kəndi ətrafında işğalçı İsrail rejimi əsgərlərinin hərəkətlərini müşahidə etdikdən sonra yerli vaxtla saat 1:05-də onları top mərmiləri ilə hədəfə aldığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + twenty =