Hizbullahın raket hücumları nəticəsində sionistlərin evlərinə 35% ziyan dəyib

Hizbullahın raket hücumları nəticəsində sionistlərin evlərinə 35% ziyan dəyib

İşğal olunmuş Fələstinin şimalında yerləşən əl-Mutəlla qəsəbəsinin meri Livan Hizbullahının raket hücumları nəticəsində bu qəsəbədəki evlərin 35%-nin zərər gördüyünü elan edib.

İRNA-nın verdiyi məlumata əsasən, bu gün (15 iyun) sionist rejimin 12-ci kanalı Əl-Muttəla qəsəbəsinin icra hakiminə istinadən xəbər verib ki, Hizbullahın raket hücumları nəticəsində bu qəsəbədə 190-dan çox ev, yəni evlərinin təxminən 35%-i dağıntılar altında qalıb.

Məlumata görə sionist rejim kabineti şimal bölgəsini itirməsinə etinasızdır.

İcra hakiminin sözlərinə görə Hizbullahın raketləri əl-Muttəla qəsəbəsinin infrastrukturuna, elektrik şəbəkəsinə və kənd təsərrüfatı sahələrinə böyük ziyan vurub. Həmçinin bu hücumları nəticəsində atəş dairəsi sionistlərin evləri yaxınlığında çatıb.

İRNA-nın məlumatına görə, Livan Hizbullahı sionist rejimin Qəzzə zolağında törətdiyi dəhşətli cinayətlər və bu bölgədə fələstinlilərin soyqırımından sonra son bir neçə ayda işğal olunmuş ərazilərin şimalında bu rejimin hərbi mövqelərini hədəfə alıb. On minlərlə sionist qəsəbə sakini müqavimət hücumlarının qorxusundan Livan sərhədləri yaxınlığındakı yaşayış məntəqələrini tərk edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 6 =