“Hizbullah”ın “Şatola” və “Şəba fermaları”na raket hücumu

Sionistlərin Ştola qəsəbəsi və işğal altında olan Şəba fermaları Hizbullahın raket hücumlarının hədəfinə çevrilib.Əl-Məyadin-in məlumatına görə, sionist rejimin mediası Livanın cənubundan işğal olunmuş Fələstinin şimalında Yuxarı Cəlilə bölgəsindəki sionistlərin “Şatola” qəsəbəsinə 3 zirehli raketin atılmasından xəbər verib.
Sionist rejimin mediası həmçinin Livanın cənubundan atılan raketin Şəba tarlalarında işğal altında olan “Hər Dov” ərazisinin də hədəfə alındığını elan edib.