Hizbullahın sionist rejimin mövqelərinə cavab zərbələri

Hizbullahın sionist rejimin mövqelərinə cavab zərbələri

Livan Hizbullah Hərəkatı bu hərəkatın yüksək səviyyəli komandirlərindən birinin şəhid edilməsinin qisası olaraq sionist rejimin mövqelərinə artilleriya və raket zərbələri endirildiyini bildirib.

Hizbullah bəyan edib ki, bu hərəkatın yüksək səviyyəli komandirinin Cuya şəhərində terror edilməsi və daha bir neçə mülki şəxsin yaralanmasına cavab olaraq Hizbullah döyüşçüləri katyuşa raketləri ilə sionist düşmənin Xərbə Məardakı artilleriya qərargahına və bu rejim hərbçilərinin bu qərargah ətrafında yerləşdiyi məkanlara zərbə endiriblər.

Həmçinin Hizbullah döyüşçüləri “Burkan” raketləri ilə Hədəb Yarin bazasını hədəfə alıb və bu raketlər birbaşa hədəfi vurub.

Hizbullah mücahidləri artilleriya hücumu ilə Hanita bazasını da hədəfə alıb və bazanı vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × five =