Hizbullah Yəmən məsələsində BƏƏ və Qətəri rədd edib
Livandakı Hizbullaha yaxın KİV-lər BƏƏ və Qətər nümayəndələrinin Hizbullahın Yəmən məsələsinə müdaxilə etməsi və bu ölkədəki müharibəyə son qoyması üçün Hizbullah rəsmiləri ilə görüşdüyünü yazıblar.
Məlumata görə, Səudiyyə Ərəbistanı öz müttəfiqi BƏƏ və Qətəri Livan Hizbullahına bu iki təcavüzkarın Yəmən bataqlığından çıxmasına köməklik göstərməsi üçün vasitəçi göndərib.
Livanın “Əl-Əxbar” qəzeti çərşənbə günü məlumatlı mənbələrə istinadən xəbər verir ki, Qətər və BƏƏ-dən olan nümayəndələr Beyruta ayrı-ayrılıqda səfərlər edərək Livan rəsmiləri ilə yanaşı, Hizbullah rəsmiləri ilə görüşüb neft, enerji və Yəmən məsələsi kimi məsələləri müzakirə ediblər.
Qəzetin yazdığına görə, təhlükəsizlik rəsmiləri bu yaxınlarda Fars körfəzindən Livana səfər edərək Livanın bir sıra siyasi qüvvələri ilə görüşərək bir sıra məsələləri, o cümlədən, İsrail rejimi ilə dəniz sərhədlərinin müəyyənləşdirilməsini, neft, qaz və Yəmən məsələsini müzakirə ediblər.
Məlumata görə, əvvəlcə Qətərdən bir nümayəndə Beyruta gəlib, daha sonra isə BƏƏ nümayəndəsi Beyruta səfər edib və səfər zamanı “Hizbullahın Yəmən məsələsində rol oynaması ehtimalını” müzakirə edib.
Livan Hizbullahının cavabı belə olub ki, Yəmən məsələsində onun mövqeyi aydındır və ölkənin daxili işlərinə qarışmır. Ancaq demarkasiya işində tərəflər Amos Hoksteinin vasitəçiliyi və onun necə idarə olunması ilə bağlı müzkirələr aparıb.
Bundan əvvəl Səudiyyə Ərəbistanının Hizbullahın Yəmənə müdaxilə etməsini istəməsi və Ənsarullaha atəşkəsi qəbul etməsi üçün təzyiq göstərməsi barədə rəsmi xəbərlər yayılmış, lakin Hizbullah buna cavab verməmişdi.