Höccətül-İslam Rəisi sabah Rusiyaya səfər edəcək
İran İslam Respublikasının Prezidenti iqtisadi, siyasi və mədəni əlaqələri genişləndirmək məqsədilə rusiyalı həmkarının rəsmi dəvəti əsasında sabah, çərşənbə günü Rusiyaya yola düşəcək.
Moskvaya səfəri zamanı Rəisi Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Dumanın plenar iclasında iştirak və çıxış, Rusiyada yaşayan iranlılarla görüş və Rusiyanın iqtisadi fəalları ilə simpozium prezidentin iki günlük səfər planlarına daxildir.
Səfərdə ölkə başçısını xarici işlər, neft, iqtisadiyyat və maliyyə naziriləri də müşayiət edəcək.
Raisi bundan öncə 13-cü hökumətin qonşularla və region ölkələri ilə əlaqələrini maksimuma çatdırmaq çərçivəsində Tacikistan və Türkmənistana səfər edib.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ötən cümə günü mətbuat konfransında deyib ki, İran Prezidentinin Moskvaya səfəri çox mühüm hadisədir, həmçinin, Tehran və Moskva arasında siyasi təmasların gücləndirilməsi lazımdır.