“Hodhod” əməliyyatını əks etdirən videonun 3 ehtimali məqsədi

“Hodhod” əməliyyatını əks etdirən videonun 3 ehtimali məqsədi

Əl-Mayadeen xəbər kanalı Hizbullahın “Hodhod” pilotsuz uçan aparatı və onun topladığı məlumatlarla bağlı yayımladığı videonun üç məqsədli olması barədə məlumatda bu əməliyyat və onun sosial mediada yayımlanmasının 3 ehtimalı olduğunu analiz edib.

İRNA-nın məlumatına görə, Əl-Məyadin telekanalı Livan Hizbullahının işğal altındakı Fələstinin daxilindəki İsrail mərkəzlərindən toplanan məlumatların səhnələrini göstərdikdən sonra “Hodhod videosunun üç mümkün məqsədi nədir?” başlıqlı analitik məqaləsində yazıb: “Hodod”un çəkdiyi mmövqelərdən biri də yüksək mühafizə olunan “Rafale Arms” şirkətinə bağlı hərbi sənaye mərkəzidir və yalnız peykdən çəkilmiş şəkillərlə məşğul olan şirkətlər onları dərc etmək hüququna malikdirlər. Həssaslığına görə İsrail bu ərazinin fotoşəkillərinin yayımlanmasına razı deyil.

Məqalədə həmçinin deyilir: Bu videoda hərbi, mülki və strateji olmaqla üç mümkün hədəf göstərilir. Hərbi sənaye kompleksi və Həyfa hərbi bazası ilə birlikdə Əl-Kəriyat ərazisi, strateji əraziyə isə Hayfa limanı və onun mövcud obyektləri daxildir.

Mümkün üçlü hədəflərə gəlincə, bu mənbələr əlavə edib ki, bu üçhədəf sionist rejiminin Livanla istənilən qarşıdurmada hədəf ala biləcəyi konkret növü ilə bağlıdır.

Bu mənbələr Hizbullahın sionist rejimə əks mesajına toxunaraq deyiblər: Hizbullah sionist ordusuna qarşı hərbi, mülki şəxslərə qarşı mülki, strateji xarakterlilərə qarşı isə strateji hücumlar keçirə biləcəyini çatdırmaq istəyir. Həyfa limanının spesifikasiyalar siyahısının yanında təsvir edilən raketin qırmızı rəngli olması da Hizbullahın hədəfinə daha ciddi yanaşdığının sübutudur.

Sözügedən mənbələr həmçinin qeyd ediblər: Belə xarakterli video ilk dəfədir ki, Hizbullah tərəfindən yayımlanır və videonun sonunda “Vəl Təyri Saffat” ifadəsinin verdiyi mesaj isə Hizbullah pilotsuz təyyarələrinin hələ də Fələstin səmasında uçma haqqı və hələ də kəşfiyyatın davam etməsinə işarədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + four =