Hollandiyada islamofobiya ibtidai məktəblərə də yol tapdı

Hollandiyada islamofobiya ibtidai məktəblərə də yol tapdı

Hollandiyada rəqəmsal dərs vəsaitlərinin istehsalı ilə məşğul olan “Logo 3000” şirkətinin ibtidai sinif şagirdləri üçün hazırladığı islamofob tərkibli rəsmlər müsəlmanların etirazlarına səbəb olub.

İslam.az az.shafaqna.com-a istinadla xəbər verir ki, sözügedən vəsaitdə şagirdlərə 4 rəsm təklif olunur və onlardan birinin digər 3-ü ilə ziddiyyət təşkil etdiyi üçün zibil qutusuna atmaq tapşırılır. Bu ziddiyyətlər sırasında isə ərəb dilində “Allah” yazısı və məscidlərin fotoları yer alıb. 

Pandemiya dövründə dərslərin əsasən onlayn keçirildiyi nəzərə alınsa, o zaman sözügedən vəsaitdən 3-5-ci sinif şagirdlərinin intensiv şəkildə yararlandıqlarını söyləmək mümkündür. 

Müsəlmanların ciddi etirazlarında sonra “Logo 3000” şirkəti baş verən narazılıqlara görə üzr istəmək məcburiyyətində qalıb. Bildirilib ki, “sistem xətası” artıq aradan qaldırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × three =