Hollivud ulduzu gəlirinin 70%-ni ianə edib
Hollivud ulduzu Kianu Rivzin baş rolunu canlandırdığı “Matrix” filmindən əldə etdiyi ilk qonorarı xeyriyyə məqsədi ilə bağışladığı ortaya çıxıb.
BAKU.WS “axşam.az”a istinadən xəbər verir ki, ilk bölümü 1999-cu ildə yayımlanan ekran işində Neo obrazını canlandıran aktyor 10 milyon dollar qazanıb. Müqaviləyə əsasən, o, filmin kassasından daha 25 milyon əldə edilib.
Aktyor gəlirinin 70%-ni leykozdan əziyyət çəkən xəstələrin müalicəsinin araşdırılmasına sərf olunub. Daha sonra o, xərçənglə mübarizə aparanlara dəstək olmaq üçün fond da açıb.
Buna səbəb Kianudan 2 yaş kiçik bacısında da leykozun aşkarlanması olub.
BAKU.WS