Honduras İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırıb

Honduras İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırıb

Bu arada Honduras da İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırır.

Bu barədə “Reuters” Respublika Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, səbəb kimi Qəzza zolağında Qüds tərəfindən humanitar hüququn mümkün pozulması olduğu bildirilir. “Reuters”un yazdığına görə, “Qüds beynəlxalq izolyasiyaya doğru gedir”.

Xatırladaq ki, bundan əvvəl Bəhreyn hakimiyyəti səfiri geri çağırmaq və yəhudi dövləti ilə iqtisadi əlaqələri kəsmək qərarına gəlib.

Onu da qeyd edək ki, bölgədə vəziyyətin pisləşməsi ilə əlaqədar İordaniya, Kolumbiya və Çili İsraildən diplomatik nümayəndələrini geri çağırıblar.

Boliviya isə münasibətləri kəsdiyini elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 2 =