Hondurasda qadın həbsxanasında üsyan: 41 nəfər ölüb

Hondurasda qadın həbsxanasında üsyan: 41 nəfər ölüb

Hondurasın Fransisko Morazan departamentindəki qadın həbsxanasənda üsyna baş qaldırıb.

APA xarici mətbuata istinadən xəbər verir ki, toqquşmalarda 41 məhbus öldürülüb.

Hadisə “Cefas” Qadın Sosial Uyğunlaşma Mərkəzində “Mara Salvatrucha” və “Barrio” cinayətkar dəstələrinin üzvləri arasında baş verib.

Belə ki, ən azı 25 qadın hamamda yanaraq, daha 7 nəfər bıçaq xəsarətlərindən dünyasını dəyişib.

Qeyd olunub ki, dəstə üzvləri bir neçə rəqib qadını bağlayıb və modulları yandırıblar.

Eyni zamanda, hakimiyyət orqanları insident qurbanlarının sayı ilə bağlı məlumatı təsdiqləməyib. Lakin təhlükəsizlik nazirinin müavini Semma Villanueva həbsxanada fövqəladə vəziyyət elan edib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × one =