Honkonqda tankerdə partlayış olub, ölən və yaralananlar var

Honkonqda tankerdə partlayış olub, ölən və yaralananlar var

Honkonqdan 300 km şərqdə neft tankerinin göyərtəsində partlayış olub.

APA-nın “South China Morning Post” qəzetinə istinadən verdiyi xəbərə görə, Panama bayrağı altında üzən “Chuang Yi” tankerində partlayış nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Gəminin heyət üzvləri arasında indoneziyalı və manamalı dənizçilər var.

Hadisə yerinə xilasetmə əməliyyatı üçün iki vertolyot göndərilib. Artıq tankerdə yanğının lokallaşdırıldığı bildirilir.

Partlayışın səbəbi hələlik müəyyənləşdirilməyib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 5 =