HTS Rusiya şirkəti ilə Tartus limanı müqaviləsini ləğv edib
Suriyadakı HTŞ rejimi 2019-cu ildə Rusiyanın Stroytransgaz şirkəti ilə imzalanmış Tartus Limanının idarə edilməsi və modernləşdirilməsi müqaviləsini ləğv edib. Liman gəlirlərinin tamamilə Suriyaya ötürüləcəyi və limanın yenidən strukturlaşma prosesinə girdiyi açıqlanıb.
Suriyada hakimiyyəti ələ keçirən Heyət Təhrir əl-Şam (HTŞ) 2019-cu ildə Tartus Limanının idarə olunması və modernləşdirilməsi ilə bağlı Rusiya şirkəti ilə bağladığı investisiya müqaviləsini ləğv edib.
“Əl-Vatan” qəzetinə danışan Tartus Gömrük İdarəsinin direktoru Riyad Cudinin sözlərinə görə, HTŞ rejimi limanın tam gücü ilə işləməsini təmin etmək üçün yenidən strukturlaşdırma işlərinə başlayıb.
Bu çərçivədə bəzi məhsul kateqoriyaları üçün gömrük rüsumlarında 60 faiz endirim edilib.
Cudi yüksək gömrük ödənişləri və logistika xidmət xərcləri səbəbindən limanın demək olar ki, tamamilə işlək vəziyyətdə olduğunu bildirib.
Cudi açıqlamasında bu ifadələrə yer verib: “Rus şirkəti ilə imzalanmış Tartus Limanı investisiya müqaviləsi ləğv edilib. Limandan əldə edilən bütün gəlirlər Suriya dövlətinin xeyrinə istifadə olunacaq. Liman işçiləri müqavilə çərçivəsində modernləşdirilməli olan, lakin həyata keçirilməyən avadanlığın yenilənməsi işlərinə başlayacaqlar”.
2019-cu ildə imzalanan saziş Suriya hökuməti ilə Rusiyanın “Stroytransgaz” şirkəti arasında 49 illik investisiya müqaviləsini əhatə edirdi. Suriyanın o zamankı nəqliyyat naziri Əli Hamudanın sözlərinə görə, sözügedən saziş Rusiya tərəfinin limanı idarə etməsini və limanın modernləşdirilməsinə 500 milyon dollardan çox sərmayə qoymasını nəzərdə tuturdu.