“Humanist” həkim ağır xəstələri öldürürmüş
Publika.az xəbər verir ki, bu barədə Almaniya paytaxtının Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunur ki, 55 yaşlı şübhəli 2022-ci ilin avqustunda “Şarite”dən qovulub.
“O, 2021 və 2022-ci illərdə reanimasiya şöbəsində ağır xəstələrə qəsdən belə yüksək dozada sakitləşdirici dərman verməkdə şübhəli bilinir. Onlar ölüblər”, – prokurorluğun açıqlamasında bildirilir.
Bildirilir ki, sözügedən şəxs səhər saatlarında saxlanılıb.
Publika.az