Husi lideri Səudiyyəni Yəmənlə deyil, İranla qarşı-qarşıya gəlməyə çağırıb

Husi lideri Səudiyyəni Yəmənlə deyil, İranla qarşı-qarşıya gəlməyə çağırıb

“Səudiyyə kralının Yəmənə girməkdən məqsədi İranın qarşısını almaqdırsa və kralın İranla haq-hesabı varsa onda onunla üz-üzə gəlsin!”

SalamNews xəbər verir ki, bunu Yəmənin Ali Siyasi Şurasının baş üzvü Məhəmməd Əli ə-Husi rəsmi twitter səhifəsində yazıb.

Əl-Husi Səudiyyə kralı Salman bin Əbdüləzizin ötən gün BMT Baş Assambleyasındakı çıxışına, Səudiyyənin İrana görə Yəmənə hərbi müdaxilə etməsi fikrinə münasibət bildirib.

Əl-Husi bildirib ki, Səudiyyə İrana görə Yəmənə girirsə bunu etməsin və İranın özü ilə qarşı qarşıya dursun.

M. əl-Husi əlavə edib ki, yəmənlilər hətta Səudiyyə ilə deyil ABŞ-la vuruşurlar. O bildirib ki, Səudiyyə bu müharibədə vasitədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × two =