Husilər: ”Bir il ərzində 193 gəmini hədəf aldıq”
Yəməndəki husilər son bir il ərzində Amerika Birləşmiş Ştatları, İsrail və Böyük Britaniyaya aid 193 gəmini mindən çox raket və pilotsuz uçuş aparatı (PUA) ilə hədəf aldıqlarını açıqlayıb
Yəməndəki husilər son bir il ərzində Amerika Birləşmiş Ştatları, İsrail və Böyük Britaniyaya aid 193 gəmini mindən çox raket və pilotsuz uçuş aparatı (PUA) ilə hədəf aldıqlarını açıqlayıb. Husilərin lideri Əbdülməlik əl-Husi “Əqsa tufanı” əməliyyatının birinci ildönümü münasibətilə husilərə məxsus əl-Mesira telekanalına müsahibə verərək, son bir ildə baş verən olayları qiymətləndirib.
Əbdülməlik əl-Husi deyib:”Biz Yəmən cəbhəsində Fələstin xalqının qələbəsi üçün dini, əxlaqi, humanitar və prinsipial mövqeyimizi davam etdiririk. İsrailin Qəzzaya hücum etməyə başlamasından etibarən Qırmızı dənizdən keçən ABŞ, İngiltərə və İsraillə məxsus 193 gəmini hədəf aldıq. Amerikaya məxsus 11 silahlı PUA-nı məhv etdik.”
Husi bu müddət ərzində Yəmənə havadan və dənizdən 774 hücum edildiyini, nəticədə 82 nəfərin öldüyünü, 340 nəfərin isə yaralandığını qeyd edib.