Husilər İsrail ərazisinə raket zərbəsi endirdiklərini açıqlayıblar

Husilər İsrail ərazisinə raket zərbəsi endirdiklərini açıqlayıblar

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsrailin Hayfa şəhərində yerləşən hədəfə hipersəs ballistik raketlə hücum edib.

“Report” “Al Masirah” telekanalına istinadən xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya bildirib.

“Yəmənin raket qüvvələri hərbi əməliyyat keçirərək işğal olunmuş Hayfa bölgəsində İsrailin kritik obyektini hipersəs ballistik raketlə vurub. Bu, bir neçə saat ərzində ikinci belə əməliyyatdır”, – o deyib.

Daha əvvək husilər İsrailin şimalındakı Ramat David aviabazasına raket zərbəsi endirdiklərini açıqlamışdılar.

İsrail ordusunun mətbuat xidməti hərbçilərin Yəməndən yeni raket buraxılışını qeydə aldığını bildirib. Bu gün səhər saatlarında İsrail ordusu ölkənin hava məkanından kənarda bir raketi “ələ keçirib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + six =