Husilər İsrail aeroportuna zərbə endiriblər

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilərin formalaşdırdığı silahlı qüvvələr Təl-Əvivdəki Ben-Qurion hava limanına hipersəs ballistik raketlə zərbə endiriblər.
“Report” TASS-a istinadən xəbər verir ki, hərəkatın hərbi nümayəndəsi Yəhya Saria əməliyyatın məqsədə çatdığını bildirib.
“Raket qoşunları Lod hava limanına (Ben-Qurion nəzərdə tutulur) “Fələstin-2″ tipli hipersəs ballistik raketlə hücum edərək unikal hərbi əməliyyat həyata keçiriblər”, – o, “Al Masirah” telekanalının efirində deyib.